AZƏRBAYCAN YƏHUDİ RAVVİNLƏR MƏHKƏMƏSİ
בס"ד


İsrailin baş ravvinliyinin təsdiqi ilə
Azərbaycan Ravvinlər Məhkəməsi haqqında
Azərbaycanın Ravvinlər Məhkəməsi 2023-cü ildə Baş Hakim, Rabbi Yaakov Hotoveli və Sefarad Yəhudilərinin Bakı dini İcmasının sədri və baş Ravvini Zamir İsayev tərəfindən təsis edilib.
Məhkəmə Sefarad yəhudilərinin Bakı Dini icmasının tərkibində fəaliyyət göstərir.
Azərbaycanın ravvinlər məhkəməsi İsrailin baş ravvinliyi nəzdində Qiyur və Boşanma üzrə “Dünya Ravvinlər Məhkəmələrinin Tanınma Komitəsi” tərəfindən tanınıb.
Ravvinlər dini məhkəməsi yəhudi icmasının üzvlərinə yəhudi qanunlarına və ənənələrinə uyğun yaşamağa kömək edən və yəhudi ictimai həyatında yer tutan ən mühüm orqandır. Məhkəmənin yurisdiksiyası doğumdan dəfnə qədər həyatın bütün sahələrini əhatə edir: yəhudiliyin təsdiqi, yəhudiliyin qəbulu (giyur), kəbin, boşanma, kaşrut və dini peşələr/ixtisaslar, sünnət, mikvahlar (ritual hovuzlar), dəfn mərasimləri, fərdlər arasında mübahisələr, və s.
Ravvinlər Məhkəməsinin qərarları bütün yəhudi dünyasında və hətta bəzi hallarda müxtəlif ölkələrin məhkəmələri tərəfindən belə tanınır.
Azərbaycanın Ravvinlər Məhkəməsinin sədri Baş Hakim, Ravvin Yaakov Hotoveli, eyni zamanda Avstriya və Çexiya ravvinlər məhkəməsinin sədri, və Avropa Rabbinlər Məhkəməsinin üzvüdür.

