top of page

YƏHUDİ DİNİNİN
QƏBULU
(GIYUR)

icons_edited.png

Giyur prossesini Ravvinlər Məhkəməsi həyata keçirir.

 

Yəhudi xalqına mənsub olmayan və ya bunu təsdiq edən kifayət qədər sənədləri olmayan ərizəçi bu prosedurdan ravvinlər məhkəməsinin  nəzarəti altında keçə bilər.

Ərizəçi bu prossesi uğurla başa vurarsa o yəhudiliyi qəbul etməsi barədə Məhkəmədən qərar alır, yəni o, yəhudi xalqının tam hüquqlu hissəsinə - yəhudiyə çevrilir.

 

Bu necə olur?

•Giyur prossesini keçmək istəyən ərizəçi Ravvinlər Məhkəməsinin Giyur departamentinə müraciət edir;
•Departament müraciətə baxır;
•Ərizə qəbul olunarsa, Departament ərizəçi üçün tələb olunan təlim kursu təyin edir (əksər hallarda);
•Təlimin birinci mərhələsi başa çatdıqdan sonra, Departament ravvinlər məhkəməsində Giyur üçün işin açılması üçün tövsiyə verir;
•Məhkəmə ərizəçinin işinə baxılması üçün vaxt təyin edir;
•Uğurlu məhkəmə iclası və ya dinləmələrdən sonra Məhkəmə müsbət qərar qəbul edir;
•Qadın mikvaya ( xüsusi ritaul su hovuzu) daxil olur;

  • Kişi sünnət olunaraq mikvaya daxil olur;

• Ərizəçi yuxarıda qeyd olunanlardan sonra bir il ərzində yəhudi icmasının bir hissəsi kimi yaşayır və tam olaraq yəhudi sayılır;
• Bir il tamam olduqdan sonra, ərizəçi Ravvinlər Məhkəməsindən yəhudiliyi təsdiq edən beynəlxalq səviyyədə tanınmış sənəd (Yəhudilik Şəhadətnaməsi- Teudat Giyur) əldə edir.

logo beyt din.png

AZƏRBAYCAN YƏHUDİ RAVVINLƏR MƏHKƏMƏSİ
BAŞ HAKİM - Ravvin Yaakov Hotoveli
DİREKTOR - Ravvin Zamir İsayev

       

+994556769454            info@beitdin.az

1 copy2.png
bottom of page