top of page

Azərbaycan Ravvinlər Məhkəməsi haqqında


Azərbaycanın Ravvinlər Məhkəməsi 2023-cü ildə Baş Hakim, Rabbi Yaakov Hotoveli və  Sefarad Yəhudilərinin Bakı dini İcmasının sədri və baş Ravvini Zamir İsayev tərəfindən təsis edilib. 

Məhkəmə Sefarad yəhudilərinin Bakı Dini icmasının tərkibində fəaliyyət göstərir.

Azərbaycanın ravvinlər məhkəməsi İsrailin baş ravvinliyi nəzdində Qiyur və Boşanma üzrə “Dünya Ravvinlər Məhkəmələrinin Tanınma Komitəsi” tərəfindən tanınıb.

Ravvinlər dini məhkəməsi yəhudi icmasının üzvlərinə yəhudi qanunlarına və ənənələrinə uyğun yaşamağa kömək edən və yəhudi ictimai həyatında yer tutan ən mühüm orqandır. Məhkəmənin yurisdiksiyası doğumdan dəfnə qədər həyatın bütün sahələrini əhatə edir: yəhudiliyin təsdiqi, yəhudiliyin qəbulu (giyur), kəbin, boşanma, kaşrut və dini peşələr/ixtisaslar, sünnət, mikvahlar (ritual hovuzlar), dəfn mərasimləri, fərdlər arasında mübahisələr, və s.

Ravvinlər Məhkəməsinin qərarları bütün yəhudi dünyasında və hətta bəzi hallarda müxtəlif ölkələrin  məhkəmələri tərəfindən belə tanınır.

Azərbaycanın Ravvinlər Məhkəməsinin sədri Baş Hakim, Ravvin Yaakov Hotoveli, eyni zamanda AvstriyaÇexiya ravvinlər məhkəməsinin sədri, və Avropa Rabbinlər Məhkəməsinin üzvüdür.

Bizimlə Əlaqə Saxla

Ünvan

171 - Dilarə Əliyeva
Bakı, Azərbaycan AZ1009

Əlaqə

+994556769454

logo beyt din.png

AZƏRBAYCAN YƏHUDİ RAVVINLƏR MƏHKƏMƏSİ
BAŞ HAKİM - Ravvin Yaakov Hotoveli
DİREKTOR - Ravvin Zamir İsayev

       

+994556769454            info@beitdin.az

1 copy2.png
bottom of page